5 noyabr 2021-ci ildə Bakı Kitab Mərkəzində www.shusha.today veb-portalının təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn portalda Şuşa şəhərinin tarixi, işğalı, azad olunması və quruculuq prosesi barədə məlumatlar dünya ictimaiyyətinə çatdırılır. Burada erməni vandalizminə məruz qalmış mədəni irs, şəhərdə aparılan bərpa işləri, Şuşanın azadlığı uğrunda döyüşən qəhrəmanlar və görkəmli şəxsiyyətlər haqqında materiallar təqdim edilir. Veb-portal mütəmadi yenilənərək Şuşanın inkişaf prosesini izləməyə imkan yaradır.




