BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilmiş Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü üçün Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən bir sıra təşkilati və kommunikasiya istiqamətli işlər həyata keçirilmişdir.
Tədbir çərçivəsində Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən kitabçalar, qələmlər, dəvətnamələr, broşürlər, proqramlar, menyular, qovluqlar, kuvertlər və bayraqlar dizayn edilərək hazırlanmış, həmçinin C4C (Culture for Climate) layihəsi üçün loqo və bannerlər tərtib edilmişdir. Bununla yanaşı, tədbirlərin keçirilməsinə birbaşa dəstək göstərilmiş, protokol məsələlərinin təşkili və koordinasiyası istiqamətində də müvafiq işlər görülmüşdür.








