BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda keçirilmiş Elektrik Avtomobillərin Festivalı üçün Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən dizayn istiqamətli işlər həyata keçirilmişdir.
Bakı Ağ Şəhərdə keçirilən festivalda “yaşıl” nəqliyyat vasitələrinin təqdimatı ilə yanaşı, iştirakçılar üçün məlumatlandırıcı və vizual baxımdan cəlbedici mühit yaradılmışdır. Festival çərçivəsində tərəfdaş və sponsorların iştirakı, eləcə də çıxışlar və təqdimatlar vahid dizayn konsepsiyası əsasında müşayiət olunmuşdur.


