25 dekabr 2023-cü ildə Bakı Kitab Mərkəzində Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) və Bakı Kitab Mərkəzi tərəfindən hazırlanan “Heydər Əliyev haqqında” kitabı və www.aboutheydaraliyev.com veb-portalının təqdimatı keçirilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan, ingilis, rus və ispan dillərində hazırlanan kitab və veb-portalda dövlət və hökumət başçıları, ictimai-siyasi xadimlər, elm, mədəniyyət və din xadimləri, beynəlxalq təşkilatların nümayəndələri və iş adamlarının Ulu Öndər Heydər Əliyev haqqında ümumilikdə 400 sitatı toplanıb.




