8 may 2024-cü ildə Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının təqdimatı keçirilib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) tərəfindən hazırlanan “Virtual Qərbi Azərbaycan” veb-platforması Azərbaycan, ingilis, rus və ispan dillərində tərtib edilib. Resursda Qərbi Azərbaycanın tarixi, mədəni irsi, saxtalaşdırılmış toponimlər və Azərbaycanın tarixi abidələrinə qarşı erməni vandalizmi ilə bağlı elmi araşdırmalar, tarixi şəxsiyyətlər, arxiv sənədləri, şahid ifadələri, xəritələr, foto və videomateriallar, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı sitatları sistemli şəkildə toplanıb.






