13 oktyabr 2021-ci ildə Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə həsr olunmuş www.44days.info portalının təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan, rus və ingilis dillərində hazırlanmış gəlmiş veb-portalda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi zamanı çıxışları, beynəlxalq mediaya müsahibələri, Müdafiə Nazirliyinin bəyanatları, xarici mediada müharibə ilə bağlı materiallar, habelə müharibənin xronologiyası, Ermənistanın kapitulyasiyasını təsdiqləyən Üçtərəfli Bəyanat və analitik təhlillər yer alır.




