28 oktyabr 2021-ci ildə Bakı Kitab Mərkəzində www.armeniancrimes.com resurs bazasının təqdimatı keçirilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış veb-portal Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində tariximizə, mədəni irsimizə və təbii sərvətlərimizə qarşı törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Buradakı erməni vandalizminə məruz qalmış tarixi abidələr, dağıdılmış infrastruktur və ekoloji ziyan barədə faktlar 7 kateqoriyada toplanıb. Bundan əlavə, cinayətlərin beynəlxalq ictimaiyyətə daha effektiv çatdırılması üçün posterlər, fotolar və ingiliscə subtitrli videoçarxlar da portalda yer alır.




