26 fevral 2021-ci ildə Bakı Kitab Mərkəzində www.khojalytoday.com akademik resurs bazasının təqdimatı keçirilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan veb-resurs Xocalı soyqırımına dair rəsmi sənədləri, akademik məqalələri, şahid ifadələrini və beynəlxalq mediada yayımlanan materialları özündə birləşdirir. Burada Xocalı faciəsi ilə bağlı sənədli filmlər, foto və video materiallar, eləcə də beynəlxalq hüquqi sənədlər yer alır. Bundan əlavə, Xocalı soyqırımını tanıyan ölkələrin qətnamələri, xatirə abidələri və erməni vandalizminə dair materiallar da təqdim edilir.




