25 fevral 2022-ci ildə Heydər Əliyev Mərkəzində “Xocalı 30 il: bir soyqırımın tarixi” kitabının təqdimat mərasimi keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində hazırlanan kitab Azərbaycan, rus, ingilis və ispan dillərində yayımlanıb.
Nəşrdə Xocalının işğaldan əvvəlki həyatı, 1992-ci ildə şəhərin yerləyeksan edilməsi və 613 nəfərin amansızlıqla qətlə yetirilməsi, habelə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsi barədə məlumatlar yer alır. Kitabda həmçinin soyqırımın baş verdiyi dövrdə xarici jurnalistlər tərəfindən qələmə alınan və dünyanın bir çox aparıcı media səhifələrində nəşr edilən xəbərlər də toplanıb.


